140.1. Müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatlarla bağlı aşağıdakıları müəyyən edir:
140.1.1. gömrük ərazisindən kənar əraziyə yola düşməyə hazırlaşan nəqliyyat vasitəsinin heyət üzvlərinin, xidmətedici heyətinin, sərnişinlərinin istifadəsi və nəqliyyat vasitəsinin istismarı üçün ehtiyatlar hesab olunan malların nomenklaturasını, çeşidini və miqdarını;
140.1.2. qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumlarından və vergilərdən azadolma şərtlərini.
140.2. Müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatların bəyan edilməsi qaydalarını müəyyən edir. FƏSİL 22 ŞƏXSLƏRİN GÖMRÜK ƏRAZİSİNƏ DAXİL OLMASI VƏ BU ƏRAZİDƏN YOLA DÜŞMƏSİ