QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 145

Maddə 145. Baqajın gömrük orqanlarına təqdim olunması

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

145.0. Bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük nəzarəti zonasına daxil olan nəqliyyat vasitəsindən düşən, yaxud həmin zonadan çıxmağa hazırlaşan nəqliyyat vasitəsinə minən şəxs:

145.0.1. ona məxsus müşayiət olunan baqajın gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən yoxlanılmasına şərait yaratmalı;

145.0.2. ona məxsus müşayiət olunan baqajın gömrük nəzarəti zonası daxilində hərəkəti və ya nəqliyyat vasitəsindən götürülüb gömrük nəzarəti zonasına aparılması ilə bağlı gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərinə əməl etməlidir. X BÖLMƏ GÖMRÜK PROSEDURLARINA DAİR ÜMUMİ QAYDALAR FƏSİL 23 BƏYANETMƏ VƏ GÖMRÜK BƏYANNAMƏSİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver