QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 153

Maddə 153. Gömrük bəyannaməsinə düzəlişlərin edilməsi və ya onun geri götürülməsi

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

153.1. Bu Məcəllənin 153.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, gömrük bəyannaməsi təsdiq edildikdən sonra bəyannaməçinin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparılmasına və ya onun geri götürülməsinə gömrük orqanları tərəfindən icazə verilir.

153.2. Aşağıdakı hallarda təqdim olunmuş gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir:

153.2.1. gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu bildirdikdən sonra;

153.2.2. gömrük orqanları gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra;

153.2.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra.

153.3. Gömrük bəyannaməsində aparılan düzəlişlər onun tətbiq sahəsini genişləndirə və ya məhdudlaşdıra bilməz.

153.4. Gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil.

153.5. Bu Məcəllənin 153.4-cü maddəsi gömrük orqanının vəzifəli şəxslərinin bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin tərtib edilməsində və ona müvafiq düzəlişlər edilməsində yardım göstərilməsi barədə b Maddə … lar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin tərtib edilməsində və ona müvafiq düzəlişlər edilməsində yardım göstərilməsi barədə bu Məcəllənin 22.6-cı maddəsində nəzərdə tutulmuş vəzifəsini istisna etmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver