QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 156

Maddə 156. Əlavə, dövri və natamam bəyannamələr

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

156.1. Bu Məcəllənin 155.2.1-ci və 155.2.2-ci maddələrində nəzərdə tutulmuş hallarda sadələşdirilmiş bəyannamə verildikdə, bəyannaməçi aidiyyəti gömrük proseduru üzrə gömrük bəyannaməsinin tamamlanması üçün lazım olan digər məlumatları əks etdirən əlavə bəyannamə təqdim etməlidir.

156.2. Gömrük orqanları eyni malları və nəqliyyat vasitələrini gömrük sərhədindən müntəzəm olaraq keçirən şəxsə onları müəyyən müddət ərzində bir dövri bəyannamə əsasında keçirməsinə icazə verirlər.

156.3. Bəyannaməçi gömrük bəyannaməsini üzrlü səbəblərə görə tam şəkildə doldura bilmədikdə, gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada natamam bəyannamənin verilməsinə icazə verirlər.

156.4. Natamam bəyannamədə gömrük məqsədləri üçün lazım olan əsas məlumatlar göstərilməlidir. Çatışmayan məlumatlar bəyannaməçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə təqdim edilməlidir.

156.5. Əlavə, dövri və natamam bəyannamələrin formasını, təqdim olunması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. FƏSİL 24 GÖMRÜK BƏYANNAMƏSİNDƏ GÖSTƏRİLƏN MƏLUMATLARIN, ONUNLA BİRGƏ TƏQDİM EDİLƏN SƏNƏDLƏRİN VƏ MALLARIN YOXLANILMASI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver