158.1. Malların yoxlanıldığı, prob və nümunələrin götürüldüyü, ekspertizasının aparıldığı yerlərə daşınması, bununla əlaqədar yükləmə-boşaltma işləri və digər yük əməliyyatları bəyannaməçinin özü tərəfindən, yaxud onun məsuliyyəti altında həyata keçirilir. Bu zaman yaranan xərclər bəyannaməçi tərəfindən ödənilir.
158.2. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən malların yoxlanılması, onlardan prob və nümunələr götürülməsi prosesində iştirak edə bilərlər. Bəyannaməçi mallardan prob və nümunələrin götürülməsində gömrük orqanlarının vəzifəli şəxslərinə yardım göstərməlidir.
158.3. Gömrük orqanları bu Məcəllənin 91.3-cü maddəsində göstərilən hallarda mallardan prob və nümunələri bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan götürmək hüququna malikdirlər.
158.4. Digər dövlət orqanları, habelə bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri mallardan prob və nümunələri yalnız gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə götürə bilərlər.
158.5. Prob və nümunələr onların gömrük ekspertizasını aparmağa imkan verən minimum miqdarda (sayda, ölçüdə) götürülür. Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib olunur Maddə … k nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib olunur.
158.6. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri götürülən prob və nümunələr üzrə aparılmış ekspertizanın nəticələri ilə tanış olmaq hüququna malikdirlər. Digər dövlət nəzarəti orqanları tərəfindən götürülən prob və nümunələrin ekspertizasının nəticələri haqqında gömrük orqanlarına məlumat verilməlidir.
158.7. Prob və nümunələrin gömrük ekspertizası ilə əlaqədar gömrük orqanlarının və gömrük laboratoriyalarının xərcləri bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən ödənilmir.
158.8. Mallardan götürülən prob və nümunələrin gömrük ekspertizası bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə aparıldıqda, gömrük laboratoriyalarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə gömrük yığımları ödənilir.
158.9. Mallardan prob və nümunələrin götürülməsi, onların barəsində sərəncam verilməsi qaydasını, gömrük ekspertizasının aparılma müddətlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.