161.1. Gömrük orqanları və ya gömrük orqanları tərəfindən səlahiyyət verildiyi hallarda səlahiyyətli iqtisadi operatorlar malların bəyan edildiyi gömrük prosedurunu tənzimləyən şərtlərə əməl olunmasını təmin etmək məqsədi ilə eyniləşdirmə tələb olunan hallarda bu Məcəllənin 87-ci maddəsinə müvafiq olaraq malların eyniləşdirilməsi tədbirləri həyata keçirirlər.
161.2. Həmin eyniləşdirmə tədbirləri bütün gömrük ərazisində eyni hüquqi qüvvəyə malikdir.
161.3. Fors-major hallarında malların və nəqliyyat vasitələrinin mühafizəsini təmin etmək məqsədləri istisna olmaqla, onlara tətbiq edilmiş eyniləşdirmə vasitələrinin götürülməsi və ya məhv edilməsi yalnız gömrük orqanları tərəfindən, gömrük orqanları tərəfindən səlahiyyət verildiyi hallarda isə səlahiyyətli iqtisadi operatorlar tərəfindən həyata keçirilə bilər.
161.4. Eyniləşdirmə vasitələri fors-major hallarında götürüldükdə və ya məhv edildikdə, dərhal gömrük orqanlarına məlumat verilməli və göstərilən halların mövcudluğunu sübut edən dəlillər təqdim olunmalıdır. FƏSİL 25 BURAXILIŞ