QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 163

Maddə 163. Gömrük borcunun ödənilməsindən və yaxud bu borca görə təminatın verilməsindən asılı olan buraxılış

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

163.1. Gömrük bəyannaməsinin təsdiqi gömrük borcu yaratdıqda malların buraxılışı həmin gömrük borcunu təşkil edən gömrük ödənişlərinin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir.

163.2. Bu Məcəllənin 163.1-ci maddəsi idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə müvəqqəti idxal olunan mallara şamil edilmir.

163.3. Gömrük orqanları malların bəyan edildiyi gömrük proseduruna və bu Məcəllənin 45-ci fəslinə uyğun olaraq gömrük ödənişlərinə təminat verilməsini tələb etdikdə, həmin tələb yerinə yetirilməyənədək mallar müvafiq gömrük proseduruna buraxılmır.

163.4. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan yalnız həmin güzəştlərin verilməsi məqsədləri üçün istifadə oluna bilər. Bu mallardan başqa məqsədlər üçün istifadəyə gömrük ödənişləri tam ödənildikdən, bu Məcəllə və digər qanunvericilik aktlarında nəzərdə tutulan tələblər yerinə yetirildikdən sonra, gömrük orqanlarının icazəsi ilə yol verilir.

163.5. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar barəsində sərəncam verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, gömrük orqanlarının icazəsi ilə həyata keçirilir.

163.6. Bəyannaməçinin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına Maddə … tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına müraciəti daxil olduqda həmin müraciətə onun daxil olduğu vaxtdan 1 (bir) gün müddətində baxılır və aşağıdakı tələblərin yerinə yetirildiyi müəyyənləşdirildikdən dərhal sonra gömrük orqanı tərəfindən malların buraxılışı həyata keçirilir:

163.6.1. gömrük orqanına təqdim edilən bəyannamə üzrə hesablanmış gömrük ödənişləri ödənilməli;

163.6.2. bu Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq gömrük orqanı tərəfindən təqdim olunmuş bildirişdəki düzəlişlərin edilməsi nəticəsində yarana biləcək əlavə gömrük borcuna görə bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verilməli;

163.6.3. bəyan olunmuş malların buraxılışının həyata keçirilməsi üçün bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş digər tələblər yerinə yetirilməlidir. FƏSİL 26 SƏRBƏST DÖVRİYYƏ ÜÇÜN BURAXILIŞ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver