QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 165

Maddə 165. Təkrar idxal gömrük prosedurunun əhatə dairəsi

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

165.1. Təkrar idxal - ixrac olunmuş mallar ixrac edildiyi vaxtdan 3 (üç) il ərzində eyni vəziyyətdə, yəni xarici ölkədə heç bir emala məruz qalmadan gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda, onların idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad edilməklə və ticarət siyasəti tədbirləri tətbiq edilmədən, sərbəst dövriyyəyə buraxılışıdır.

165.2. Sərbəst dövriyyədə olmuş və ya daxildə emal edilmiş mallar da təkrar idxal gömrük proseduru altında yerləşdirilə bilər.

165.3. Malların gömrük ərazisinə qaytarılması onları aparmış şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən həyata keçirildiyi zaman gömrük orqanları malların təkrar idxalına bu Məcəllənin 165.6-cı maddəsində nəzərdə tutulan qaydalarda müəyyən edilmiş hallarda icazə verir.

165.4. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirib-bildirilməməsindən asılı olmayaraq icazə verilir.

165.5. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə nəzarətin təmin edilməsi məqsədi ilə gömrük orqanlarının təkrar idxal olunan malların gömrük ərazisindən aparıldığı gömrük orqanına təqdim olunmasını tələb etmək hüququ vardır.

165.6. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. XI BÖLMƏ XÜSUSİ GÖMRÜK PROSEDURLARI FƏSİL 28 ÜMUMİ MÜDDƏALAR

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver