QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 167

Maddə 167. İcazələrin və lisenziyaların verilməsi

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

167.1. Malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən gömrük orqanının icazəsi ilə həyata keçirilir.

167.2. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanından lisenziya almış şəxslərin təsis etdiyi müvəqqəti saxlanc və gömrük anbarlarında həyata keçirilir.

167.3. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, bu Məcəllənin 167.1-ci və 167.2-ci maddəsində qeyd olunan icazə və lisenziya aşağıdakı şəxslərə verilir:

167.3.1. rezidentlərə;

167.3.2. gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına zəmanət təqdim edən və bu Məcəllənin 167.3-1-ci maddəsi nəzərə alınmaqla gömrük borcunun yarandığı və yarana biləcəyi hallarda onun ödənilməsinə təminat verən şəxslərə;

167.3.3. müvəqqəti idxal və ya daxildə emal xüsusi gömrük prosedurları altında yerləşdirilmiş mallardan müvafiq olaraq istifadə edən, yaxud emal əməliyyatları aparan şəxsə. 167.3-1. Gömrük orqanları malların daxildə emal xüsusi proseduru altında yerləşdirilməsinə icazə verməzdən əvvəl yalnız bu Məcəllənin 252-ci maddəsinə uyğun olaraq təminatın verilməsini tələb edə bilərlər.

167.4. Bu Məcəllənin 167.1-ci maddəsində qeyd olunan icazə şəxsə aşağıdakı şərtlərlə verilir:

167.4.1. gömrük orqanlarının xüsusi gömrük prosedurlarına nəzarəti həyata keçirmək imkanı olduqda;

167.4.2. Maddə … n icazə şəxsə aşağıdakı şərtlərlə verilir:

167.4.1. gömrük orqanlarının xüsusi gömrük prosedurlarına nəzarəti həyata keçirmək imkanı olduqda;

167.4.2. icazənin verilməsi yerli istehsalçıların mühüm maraqlarına mənfi təsir göstərmədikdə.

167.5. Bu Məcəllənin 167.1-ci maddəsində qeyd olunan icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına təsir göstərmə dərəcəsi iqtisadi şəraitin təhlili nəticəsində müəyyən edilir. Bu təhlilin aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

167.6. Xüsusi gömrük proseduruna icazə sahibi icazənin verilməsindən sonra onun davam etdirilməsinə və ya məzmununa təsir edə bilən bütün amillər barədə gömrük orqanlarına məlumat verməyə borcludur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver