173.1. Xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların əvəzinə saxlanca qoyulan, istifadə edilən və ya emal edilən daxili mallar ekvivalent mallar hesab olunur.
173.2. Xaricdə emal prosedurunda ekvivalent mallar bu prosedur altında yerləşdirilmiş daxili malların əvəzinə emal olunan xarici mallardan ibarətdir.
173.3. Ekvivalent mallar əvəz etdikləri mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə eyni rəqəmli koda malik olmalıdırlar.
173.4. Gömrük orqanları gömrük prosedurunun gömrük nəzarəti baxımından qanunvericiliyin tələblərinə uyğun tətbiq olunmasının təmin edilməsi şərti ilə tranzit, müvəqqəti idxal və ya müvəqqəti saxlanc xüsusi gömrük prosedurları istisna edilməklə, digər xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadəyə icazə verirlər.
173.5. Müvafiq icra hakimiyyəti orqanı ekvivalent mallardan istifadə qaydalarını müəyyən edir. FƏSİL 29 TRANZİT