175.1. Daxili tranzit xüsusi gömrük proseduru daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə (o cümlədən xarici ölkənin ərazisindən keçməklə) daşınmasıdır.
175.2. Bu Məcəllənin 175.1-ci maddəsində qeyd edilən daşınma poçt sistemi daxilində daşınan mallara da şamil edilir.
175.3. Malların daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması gömrük orqanlarının icazəsi ilə həyata keçirilir.
175.4. Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. FƏSİL 30 SAXLANC