198.1. Gömrük orqanı bu Məcəllənin 197-ci maddəsinə müvafiq olaraq daxildə emal xüsusi gömrük prosedurunun başa çatma müddətini müəyyənləşdirir. Bu müddət 2 (iki ) ildən artıq olmamalıdır.
198.2. Bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan müddət xarici malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixindən başlayır və emal əməliyyatlarının, habelə bu prosedurun başa çatdırılması üçün tələb edilən vaxtı əhatə edir.
198.3. Şəxsin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bu Məcəllənin 198.1-ci maddəsində göstərilən müddətin uzadılması barədə qərar qəbul edir.
198.4. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanlarının verdiyi icazədə onun başlama və sona çatma müddətləri göstərilməlidir.