204.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş və ya bəyan edilmədən gömrük ərazisinə gətirilən malların gətirildiyi gəmi ilə deyil, başqa gəmi ilə gömrük məntəqələri arasında daşınması və boşaldılması gömrük nəzarəti altında kabotaj daşınma yolu ilə həyata keçirilə bilər.
204.2. Gömrük orqanları şəxsin müraciəti nəzərə alınmaqla kabotaj daşınma proseduru altında yerləşdirilmiş malların yüklənməsi və boşaldılması üçün yerləri, eləcə də yüklənmə və boşaldılmanın həyata keçirildiyi müddəti müəyyən edirlər.
204.3. Gömrük orqanları malların eyniləşdirilməsinə və digər tələblərin yerinə yetirilməsinə əmin olduqda, onların başqa mallarla birlikdə gəminin göyərtəsində kabotaj daşınmasına icazə verirlər.
204.4. Kabotaj daşınma proseduru altında yerləşdirilmiş malları daşıyan gəminin göyərtəsində bəyan edilməmiş, yaxud başqa gömrük prosedurları altında yerləşdirilmiş mallar olduqda, gömrük orqanları malların kabotaj daşınma proseduru altında yüklənməsinə və boşaldılmasına gəmi yükləmə və boşaltma yerinə gəldikdən sonra, mümkün qədər qısa müddətdə icazə verirlər.
204.5. Gömrük orqanları gəminin kapitanından və ya digər əlaqədar şəxslərdən gəmi haqqında məlumatları, kabotaj daşınma proseduru altında yerləşdirilmiş malların siyahısını və malların boşaldılacağı yerin, gömrük ərazisində yerləşən limanın və ya limanların adları göstərilən sənədlərin t Maddə … yerləşdirilmiş malların siyahısını və malların boşaldılacağı yerin, gömrük ərazisində yerləşən limanın və ya limanların adları göstərilən sənədlərin təqdim olunmasını tələb edirlər. FƏSİL 35 GÖMRÜK TƏMİNATLARI