QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 239

Maddə 239. Malların idxalı üzrə müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar yaranan gömrük borcu

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

239.1. İdxal gömrük rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu şəxs tərəfindən aşağıdakı şərtlərin hər hansı birinə əməl edilmədikdə yaranır:

239.1.1. xarici malların gömrük ərazisinə gətirilməsinə, onların gömrük nəzarətindən çıxarılmasına, gömrük ərazisi daxilində hərəkətinə, emalına, saxlanılmasına, müvəqqəti idxalına, yaxud onlar barəsində sərəncam verilməsinə dair qanunvericiliklə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə;

239.1.2. gömrük ərazisi daxilində mallardan son istifadə ilə əlaqədar gömrük qanunvericiliyində müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə;

239.1.3. xarici malların müvafiq gömrük proseduru altında yerləşdirilməsini, yaxud onlardan son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməni tənzimləyən şərtlərə əməl olunmadıqda.

239.2. Müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar gömrük borcunun yarandığı vaxt aşağıdakılardan biri hesab olunur:

239.2.1. gömrük borcunun yaranmasına səbəb olan öhdəliyə əməl edilmədiyi, yaxud əməl edilməsinin dayandırıldığı vaxt;

239.2.2. malların müvafiq gömrük proseduru altına yerləşdirilməsi, yaxud onlardan son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməni tənzimləyən şərtlərə faktiki əməl edilməməsi aşkar olunduğu halda, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün verilən gömrük bə Maddə … ni tənzimləyən şərtlərə faktiki əməl edilməməsi aşkar olunduğu halda, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün verilən gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt.

239.3. Bu Məcəllənin 239.1.1-ci və 239.1.2-ci maddələrində qeyd edilən hallarda aşağıdakı şəxslər borclu hesab edilirlər:

239.3.1. müvafiq öhdəlikləri yerinə yetirməli olan şəxs;

239.3.2. öhdəlikləri yerinə yetirməli olan şəxsin adından çıxış etmiş və ya bu öhdəliklərin yerinə yetirilməməsinə gətirib çıxaran hərəkətlərdə iştirak etmiş şəxs (həmin öhdəliklərin yerinə yetirilmədiyini bildiyi, yaxud bilməli olduğu halda);

239.3.3. malları əldə edərkən, yaxud saxlamaq üçün qəbul edərkən, onlarla bağlı öhdəliklərin yerinə yetirilmədiyini bilən, yaxud bilməli olan şəxs.

239.4. Bu Məcəllənin 239.1-ci maddəsində göstərilən gömrük prosedurları ilə əlaqədar gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsinin tərtibi, yaxud malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatlardan istifadə nəticəsində idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azadolma baş verdikdə, gömrük bəyannaməsinin tərtib edilməsi üçün tələb olunan məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv olduğunu bildiyi və ya bilməli olduğu halda, borclu hesab olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver