241.1. İxrac gömrük rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu şəxs tərəfindən aşağıdakı şərtlərin hər hansı birinə əməl edilmədikdə yaranır:
241.1.1. malların ixracı ilə əlaqədar bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilmədikdə;
241.1.2. malların gömrük ərazisindən ixrac gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad olmaqla aparılması şərtlərinə əməl edilmədikdə.
241.2. Müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar gömrük borcunun yarandığı vaxt aşağıdakılardan biri hesab olunur:
241.2.1. malların gömrük ərazisindən gömrük bəyannaməsi olmadan faktiki aparıldığı vaxt;
241.2.2. gömrük ərazisindən ixrac gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə aparılan malların gömrük orqanlarının icazə verdiyi yerdən deyil, başqa yerdən aparıldığı vaxt;
241.2.3. gömrük orqanları bu Məcəllənin 241.2.2-ci maddəsində göstərilən vaxtı müəyyən edə bilmədikdə, ixrac gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azadedilmə şərtlərinin yerinə yetirildiyini təsdiqləyən sənədlərin verilməsi üçün müəyyən edilmiş müddətin başa çatdığı vaxt.
241.3. Bu Məcəllənin 241.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda aşağıdakı şəxslər borclu hesab edilirlər:
241.3.1. müvafiq öhdəlikləri yerinə yetirməli olan şəxs;
241.3.2. öhdəlikləri yerinə yetirməli olan şəxsin adından ç Maddə … ı şəxslər borclu hesab edilirlər:
241.3.1. müvafiq öhdəlikləri yerinə yetirməli olan şəxs;
241.3.2. öhdəlikləri yerinə yetirməli olan şəxsin adından çıxış etmiş şəxs (həmin öhdəliklərin yerinə yetirilmədiyini bildiyi, yaxud bilməli olduğu halda);
241.3.3. öhdəliklərin yerinə yetirilməməsinə gətirib çıxarmış hərəkətlərdə iştirak etmiş və gömrük bəyannaməsi təqdim edilməli olduğu hallarda onun təqdim edilmədiyini bilən, yaxud bilməli olan şəxs.
241.4. Bu Məcəllənin 241.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda malların gömrük ərazisindən ixrac gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə aparılması üçün müvafiq şərtləri yerinə yetirməli olan şəxs borclu hesab edilir. FƏSİL 44 GÖMRÜK BORCUNUN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ