QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 27

Maddə 27. Lisenziya və ixtisas attestatlarının verilməsinə görə dövlət rüsumu və yığım

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. Gömrük brokeri fəaliyyətinə l isenziyanın verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.

27.2. G ömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə ödənilən yığ ımın məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

27.3. Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanın fəaliyyəti dayandırıldıqda və ya lisenziya ləğv edildikdə, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin ixtisas attestatının fəaliyyəti dayandırıldıqda və ya ləğv edildikdə, onların verilməsinə görə ödənilmiş dövlət rüsumu və yığım qaytarılmır. FƏSİL 4 GÖMRÜK DAŞIYICISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver