280.1. Hüquq sahibi və ya onun maraqlarını təmsil edən şəxs (ərizəçi) tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən onun əqli mülkiyyət hüquqlarının obyektinə olan hüquqlarının pozulduğu və ya pozula biləcəyi barədə kifayət qədər əsası olduqda, pirat və kontrafakt malların buraxılışının dayandırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına əqli mülkiyyət hüquqlarının qorunması və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi barədə ərizə ilə müraciət etmək hüququna malikdir.
280.2. Əqli mülkiyyət hüquqlarının qorunması və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi barədə ərizədə aşağıdakılar göstərilməlidir:
280.2.1. hüquq sahibi haqqında məlumat;
280.2.2. əqli mülkiyyət hüquqlarının obyektinə hüququn olması barədə məlumat;
280.2.3. tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan malın təsviri;
280.2.4. malların pirat və ya kontrafakt olmasını aşkar etməyə imkan verən məlumatlar;
280.2.5. malların pirat və ya kontrafakt olmadığı müəyyən edildiyi halda, buraxılışın dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə, yaxud digər maraqlı şəxslərə vurulan zərərin, habelə gömrük orqanlarının xərclərinin ödənilməsinə dair ərizəçinin öhdəliyi.
280.3. Ərizəyə tərkibində əqli mülkiyyət hüquqlarının obyekti ol Maddə … ərərin, habelə gömrük orqanlarının xərclərinin ödənilməsinə dair ərizəçinin öhdəliyi.
280.3. Ərizəyə tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan mallar üzərində ərizəçinin hüquqlarını təsdiq edən sənədlər (əsərin, əlaqəli hüquqlar obyektinin, inteqral sxem topologiyasının və məlumat toplusunun qeydiyyatı haqqında şəhadətnamə, əmtəə nişanı və coğrafi göstərici haqqında şəhadətnamə, patent, lisenziya müqaviləsi və ya əqli mülkiyyətə dair qanunvericiliyə uyğun olaraq digər sənədlər) əlavə olunur.
280.4. Bu Məcəllənin 280.2.5-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsi üçün ərizəçi bu Məcəllənin 258.1-ci maddəsində göstərilən təminatlardan birini gömrük orqanına təqdim etməlidir. Həmin təminatın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi minimum və maksimum məbləğlər çərçivəsində gömrük orqanları tərəfindən müəyyən olunur.
280.5. Ərizə ilə birlikdə tərkibində əqli mülkiyyət obyekti olan malın, habelə pirat, yaxud kontrafakt malların nümunələri təqdim edilə bilər.
280.6. Müvafiq icra hakimiyyəti orqanı ərizəyə onun daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malın reyestrə daxil olunması, yaxud bu Məcəllənin 280.7-ci maddəsində nəzərdə tutulmuş halda bundan imtina barədə qərar qəbul edir.
280.7. Ərizəçi bu Məcəllənin 280-cı maddəsinin tələblərinə riayət etmədiyi halda, müvafiq icra hakimiyyəti orqanı malın reyestrə daxil edilməsindən imtina olunması barədə qərar qəbul edir və Maddə … əsinin tələblərinə riayət etmədiyi halda, müvafiq icra hakimiyyəti orqanı malın reyestrə daxil edilməsindən imtina olunması barədə qərar qəbul edir və ərizəçini yazılı formada məlumatlandırır. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malın reyestrə daxil olunması barədə ərizə ilə yenidən müraciət oluna bilər.
280.8. Ərizədə və ya ona əlavə olunmuş sənədlərdəki məlumatlarda dəyişiklik baş verdikdə, ərizəçi dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.
280.9. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar ərizəçinin təqdim etdiyi səhv məlumatlar əsasında reyestrə daxil olunduğu hallarda, həmin mallar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə reyestrdən çıxarılır. Bu barədə müvafiq icra hakimiyyəti orqanı ərizəçini yazılı formada məlumatlandırır.