289.1. Beynəlxalq poçt göndərişlərinə aşağıdakılar aiddir:
289.1.1. poçt kartları;
289.1.2. məktublar;
289.1.3. banderollar;
289.1.4. xüsusi “M” kisələri;
289.1.5. kiçik paketlər;
289.1.6. poçt bağlamaları;
289.1.7. sekoqramlar.
289.2. Beynəlxalq poçt göndərişləri Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunmalıdır.
289.3. Beynəlxalq poçt mübadilə məntəqələrini və yerlərini müvafiq icra hakimiyyəti orqanları birgə müəyyən edirlər.
289.4. Poçt rabitəsi operatorları özlərinə aid beynəlxalq poçt mübadiləsi yerlərində və beynəlxalq poçt mübadiləsi məntəqələrində gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini həyata keçirmək üçün gömrük orqanlarını qarşılıqlı razılaşma əsasında xidməti sahələrlə və lazımi avadanlıqla təmin edirlər.
289.5. Beynəlxalq poçt göndərişləri vasitəsi lə göndərilən mallar gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi başa çatanadək və onların buraxılışı barədə rəsmi icazə verilənədək gömrük orqanlarının nəzarəti altında olurlar.