292.1. Kommersiya və istehsal məqsədləri üçün nəzərdə tutulan mallar beynəlxalq poçt göndərişləri ilə göndərildikdə, həmin mallar bu Məcəllənin malların bəyan edilməsi ilə bağlı müddəalarına uyğun olaraq gömrük bəyannaməsi təqdim olunmaqla bəyan edilməlidir.
292.2. Gömrük orqanları üçün zəruri olan məlumatları özündə əks etdirən Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün gömrük bəyannaməsi tələb olunmur. FƏSİL 51 MALLARIN GÖMRÜK SƏRHƏDİNDƏN BORU KƏMƏRİ VƏ ELEKTRİKÖTÜRÜCÜ XƏTLƏR VASİTƏSİ İLƏ KEÇİRİLMƏSİ