QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 293

Maddə 293. Malların gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilməsi

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

293.1. Gömrük ərazisindən boru kəməri vasitəsilə aparılan və bu əraziyə gətirilən mallar gömrük bəyannaməsi təqdim edildikdən və seçilmiş gömrük prosedurunun tələblərinə uyğun olaraq buraxılışından sonra gömrük sərhədindən keçirilir.

293.2. Bəyannaməçi gömrük bəyannaməsini aşağıdakı səbəblərə görə verə bilmədiyi hallarda natamam bəyannamə təqdim edir:

293.2.1. gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda;

293.2.2. gömrük bəyannaməsi verildiyi vaxt malların miqdarını, keyfiyyətini və dəyərini müəyyənləşdirmək mümkün olmadıqda.

293.3. Gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən mallar seçilmiş gömrük proseduru altında yerləşdirilərkən, onların gömrük orqanlarına faktiki təqdim edilməsi tələb olunmur.

293.4. Boru kəməri vasitəsilə aparılan mallar seçilmiş gömrük proseduru altında yerləşdirilənədək, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməməsi şərti ilə, qəbul məntəqələrində saxlanıla bilər. Həmin mallardan istifadə və özgəninkiləşdirmək də daxil olmaqla, onlar barəsində sərəncam verilə bilməz.

293.5. Nəqletmənin texnoloji cəhətlərindən, malların isə xassələrindən və xüsusiyyətlərindən asılı olaraq, gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən malların normativ hüquqi aktların tələblərinə əməl edilməsi şərti ilə qarışdırılmasına, miqdarının və kəmiyyətinin dəyişdirilməsinə icazə verilir.

293.6. Gömrük sərhədi Maddə … hüquqi aktların tələblərinə əməl edilməsi şərti ilə qarışdırılmasına, miqdarının və kəmiyyətinin dəyişdirilməsinə icazə verilir.

293.6. Gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver