295.1. Malların elektrikötürücü xətlər vasitəs ilə gömrük ərazisindən aparılması və ya bu əraziyə gətirilməsi gömrük orqanlarının ilkin icazəsi alındıqdan sonra həyata keçirilir.
295.2. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən malların gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannaməsi təqdim olunmalıdır.
295.3. Gömrük bəyannaməsi aşağıdakı səbəblərə görə təqdim edilə bilmədikdə, natamam bəyannamə təqdim edilir:
295.3.1. gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda;
295.3.2. gömrük bəyannaməsi verildiyi vaxt malın miqdarını, keyfiyyətini və dəyərini müəyyənləşdirmək mümkün olmadıqda.
295.4. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsilə keçirilən mallar üzrə natamam bəyannamə onların göndərilmə rübündən əvvəlki ay ərzində gömrük orqanlarına təqdim olunmalıdır.
295.5. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsilə keçirilən malların gömrük rəsmiləşdirilməsi həmin qaydalarda göstərilən müddətdə gömrük bəyannaməsinin təqdim olunması ilə başa çatır.