320.0. Müvafiq icra hakimiyyəti orqanı xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması ilə əlaqədar:
320.0.1. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının beynəlxalq əsaslarına edilən dəyişikliklərin və əlavələrin, bu əsasların təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin) və qərarların izlənməsini və gömrük işində operativ tətbiqini” təmin edir;
320.0.2. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının onun beynəlxalq əsaslarına uyğunlaşdırılması üzrə təkliflər hazırlayır;
320.0.3. m üvafiq icra hakimiyyəti orqanları ilə birlikdə xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının işlənib hazırlanması, ona dəyişikliklər və əlavələr olunması barədə təkliflərin hazırlanmasını təmin edir;
320.0.4. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının beynəlxalq əsaslarının hazırlanması, ona dəyişikliklər və əlavələr edilməsi, onun təfsiri və tətbiqi üzrə məsələlərlə məşğul olan beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir;
320.0.5. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının nəşrini təmin edir;
320.0.6. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının, onun beynəlxalq əsaslarının təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin) və qərarların nəşrini təmin edir;
320.0.7. m üvafiq icra hakimiyyəti orqanlarını xarici iqtisadi fəaliyyətin mal nomenklaturası və onun təfsiri üzrə beynəlxalq izah və qərarlarla təmin edir; 320.0.7-1. xarici iqtisadi fəaliyyətin mal nomenklatu Maddə … di fəaliyyətin mal nomenklaturası və onun təfsiri üzrə beynəlxalq izah və qərarlarla təmin edir; 320.0.7-1. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında malların növlərə görə ətraflı təsvir edilməsini təmin edir;
320.0.8. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması üzrə digər funksiyaların yerinə yetirilməsini təmin edir.