332.1. Xarici mallardan və son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan prosedur sahibi, yaxud malın sahibi tərəfindən dövlətin xeyrinə imtina edilə bilər.
332.2. Mallardan dövlətin xeyrinə imtina edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, gömrük orqanının icazəsi ilə həyata keçirilir.
332.3. Mallardan dövlətin xeyrinə imtina edilməsi dövlət tərəfindən hər hansı bir xərcin çəkilməsinə səbəb olmamalıdır.
332.4. Dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük rüsumları, vergilər alınmır, habelə ticarət siyasəti tədbirləri tətbiq olunmur. FƏSİL 58 BU MƏCƏLLƏYƏ MÜVAFİQ OLARAQ ƏLDƏ EDİLMİŞ VƏSAİTDƏN İSTİFADƏ