QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 36

Maddə 36. Gömrük orqanlarının informasiya ehtiyatları

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

36.1. Gömrük orqanlarının informasiya ehtiyatları gömrük əməliyyatlarını həyata keçirən şəxslərin bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq təqdim etdikləri sənədlər və məlumatlar əsasında formalaşdırılır.

36.2. Gömrük orqanlarının informasiya ehtiyatlarının formalaşdırılması, ondan istifadə və informasiyanın sənədləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

36.3. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə informasiyanın əldə edilməsinə qoyulmuş məhdudiyyətlər istisna edilməklə, gömrük orqanlarının sərəncamında olan informasiya ehtiyatlarına giriş açıqdır.

36.4. Müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarında istifadə üçün nəzərdə tutulan informasiya ehtiyatlarından onun vəzifəli şəxslərinin istifadəyə buraxılış dərəcəsini müəyyən edir. FƏSİL 7 GÖMRÜK İŞİNƏ DAİR MƏLUMATLARIN MÜBADİLƏSİ VƏ MÜHAFİZƏSİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver