QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 45

Maddə 45. İstifadəçilər üçün müəyyən edilmiş şərtlər

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

45.1. Müvafiq icra hakimiyyəti orqanı istifadəçi, istifadəçilər qrupu və ya bütün istifadəçilər üçün bu Məcəllənin 42.2-ci maddəsində nəzərdə tutulmuş qaydalarda göstərilən şərtlər müəyyən etmək hüququna malikdir.

45.2. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 45.1-ci maddəsində qeyd olunan şərtlər barədə aidiyyəti istifadəçiyə (istifadəçilərə) yazılı, o cümlədən elektron formada bildiriş verməlidir. İstifadəçi (istifadəçilər) tərəfindən bu Məcəllənin 45.3-cü maddəsinə uyğun olaraq şikayət verilmədiyi təqdirdə, şərtlərə aşağıdakı tarixdən əməl olunmalıdır:

45.2.1. istifadəçi (istifadəçilər) üçün müəyyən edilmiş şərtlər barədə bildirişin verildiyi tarixdən etibarən iyirminci iş günündən;

45.2.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi daha sonrakı tarixdən.

45.3. Müəyyən edilmiş şərtlərlə razı olmayan istifadəçi (istifadəçilər) müvafiq icra hakimiyyəti orqanının qərarından bu Məcəllənin 10-cu fəslinə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver