50.1. Şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər.
50.2. Məcburi qərar, müvafiq bildirişin və qərarın surətinin barəsində qərar çıxarılmış şəxsə təqdim olunduğu tarixdən qüvvəyə minir. Həmin tarixdən bu qərarın icrası gömrük orqanları üçün məcburidir.
50.3. Bu Məcəllənin 50.1-ci maddəsində nəzərdə tutulan qərarlar yalnız həmin qərarlar qüvvəyə mindikdən sonra gömrük rəsmiləşdirilməsi tamamlanan mallara münasibətdə gömrük orqanları üçün məcburidir.
50.4. Bu Məcəllənin 50.5-ci maddəsinə əsasən ləğv edilən qərarlar istisna olmaqla, malların təsnifatına, mənşə ölkəsinə dair məcburi qərarlar qüvvəyə mindiyi tarixdən etibarən 3 (üç) il müddətində, malların gömrük dəyərinə və gömrük ödənişlərinin məbləğinə dair məcburi qərarlar isə qüvvəyə mindiyi tarixdən etibarən 1 (bir) il müddətində qüvvədə olur.
50.5. Məcburi qərarlar aşağıdakı hallarda ləğv edilir:
50.5.1. bu Məcəllənin 49.1-ci maddəsində nəzərdə tutulmuş halda;
50.5.2. qərar qəbul edildikdən sonra malların təsnifatı, gömrük dəyəri, mənşə ölkəsi və gömrük ödənişləri ilə ba Maddə … ci maddəsində nəzərdə tutulmuş halda;
50.5.2. qərar qəbul edildikdən sonra malların təsnifatı, gömrük dəyəri, mənşə ölkəsi və gömrük ödənişləri ilə bağlı məsələləri tənzimləyən gömrük qanunvericiliyində qərarla ziddiyyət yaradan dəyişiklik edildikdə. FƏSİL 10 GÖMRÜK ORQANLARININ, ONLARIN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN QƏRARLARINDAN, HƏRƏKƏTLƏRİNDƏN VƏ YA HƏRƏKƏTSİZLİYİNDƏN ŞİKAYƏTVERMƏ