QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 64

Maddə 64. Şəxsi yoxlama

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

64.1. İlkin yoxlamadan sonra fiziki şəxsin aparılması və ya gətirilməsi qanunvericiliklə qadağan edilmiş, yaxud məhdudlaşdırılmış, habelə barəsində gömrük ödənişləri ödənilməmiş malları, bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının müddəalarının pozulması faktını təsdiq edən əşyaları üzərində gizlətməsi və daşıması barədə əsaslı şübhə yarandıqda, gömrük orqanlarının vəzifəli şəxsləri onu saxlayır və gömrük nəzarətinin müstəsna forması kimi, bu Məcəllənin 92.2.2-ci maddəsinə müvafiq olaraq üzərində şəxsi yoxlama aparırlar.

64.2. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə aparılır. Şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədikdə azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir.

64.3. Fiziki şəxsin bədənində narkotik vasitələri və psixotrop maddələri gizlətməsini müəyyən etmək məqsədilə tibbi müayinə tibb işçisi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilməlidir.

64.4. Üzərində şəxsi yoxlama aparılan fiziki şəxsin bədən üzvləri tibb işçisi tərəfindən yoxlanılmalıdır.

64.5. Gömrük orqanlarının şəxsi yoxlama aparan vəzifəli şəxsləri, hal şahidləri, bu prosesə cəlb edilən tibb işçiləri yoxlanılan fiziki şəxslə eyni cinsdən olmalıdırlar.

64.6. Şəxsi yoxlama zamanı fiziki şəxs üzərində Maddə … l şahidləri, bu prosesə cəlb edilən tibb işçiləri yoxlanılan fiziki şəxslə eyni cinsdən olmalıdırlar.

64.6. Şəxsi yoxlama zamanı fiziki şəxs üzərində gizlətdiyi malları (əşyaları) könüllü surətdə təqdim etmədikdə, gömrük orqanlarıının vəzifəli şəxsləri bu Məcəllənin 77-ci və 78-ci maddələrində nəzərdə tutulmuş qaydada fiziki qüvvə tətbiq etmək hüququna malikdirlər.

64.7. Şəxsi yoxlama aparılarkən, fiziki şəxsin üzərində aşkar edilən malın (əşyanın) bu Məcəllənin 64.1-ci maddəsində göstərilənlərə aid olması barədə kifayət qədər əsas olduğu halda, həmin mallar və əşyalar gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş qaydada götürülür.

64.8. Şəxsi yoxlama aparılması haqqında bu Məcəllənin 99-cu maddəsinin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada protokol tərtib olunur.

64.9. Protokol gömrük orqanının yoxlama aparan vəzifəli şəxsi, yoxlanılan fiziki şəxs, hal şahidləri, narkotik vasitələr və psixotrop maddələr gizlədilməsini müəyyən etmək məqsədilə tibbi müayinə aparıldıqda və ya fiziki şəxsin bədən üzvləri yoxlanıldıqda tibb işçisi tərəfindən imzalanır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver