73.1. Qanunla başqa müddət müəyyən edilmədikdə, gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq şəxs tərəfindən təqdim edilməsi tələb olunan sənəd və məlumatları 1(bir) günədək müddətə götürüb saxlamaq hüququna malikdirlər.
73.2. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin tələblərinə əsasən sənəd və məlumatları götürüb saxladığı halda, həmin sənəd və ya məlumatlara hüququ olan şəxsin müraciəti əsasında həmin şəxsə onların müəyyən edilmiş qaydada təsdiq edilmiş surətini verirlər.
73.3. Müəyyən edilmiş qaydada təsdiq edilmiş sənəd və məlumatların surəti sənədin əsli kimi istifadə oluna bilər.