Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etmək hüququna malikdirlər.
77.2. Gömrük orqanlarının vəzifəli şəxsləri fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə əlaqədar hallarda müvafiq hərəkət etmək üçün xüsusi hazırlıq keçməli, bu sahədə yararlı olmalarının müəyyənləşdirilməsi məqsədi ilə müntəzəm yoxlanılmalıdırlar.
77.3. Fiziki qüvvəni, xüsusi vasitələri və odlu silahı tətbiq edərkən, gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakıları etməyə borcludurlar:
77.3.1. tələblərinin yerinə yetirilməsi üçün şəxsə kifayət qədər vaxt verməklə fiziki qüvvəni, xüsusi vasitələri və ya odlu silahı tətbiq etmək niyyəti barədə xəbərdarlıq etmək (bunların tətbiqində ləngimənin şəxslərin həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaratdığı, digər ağır nəticələrə səbəb ola biləcəyi, qəfil və ya silahlı basqın, döyüş texnikası və nəqliyyat vasitələrindən istifadə etməklə hücum zamanı, yaxud yaranmış vəziyyətdə xəbərdarlıq edilməsi yersiz və ya qeyri-mümkün olduğu başqa hallar istisna edilir);
77.3.2. bədən xəsarəti almış şəxsə ilkin tibbi yardım göstərilməsini təmin etmək;
77.3.3. hüquqpozmanın xarakteri və ictimai təhlükəlilik dərəcəsindən, həmçinin göstərilən müqavimətin qüvvəsindən asılı olara Maddə … tərilməsini təmin etmək;
77.3.3. hüquqpozmanın xarakteri və ictimai təhlükəlilik dərəcəsindən, həmçinin göstərilən müqavimətin qüvvəsindən asılı olaraq, təhlükənin aradan qaldırılması zamanı vurulan ziyanın minimum olmasına çalışmaq.
77.4. Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın bu Məcəllədə nəzərdə tutulmuş hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi hər bir halda müvafiq gömrük orqanında xidməti yoxlama aparılmalı və onun bu hərəkətlərinin qanunauyğunluğu barədə rəy verilməlidir.
77.5. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiq edilməsi barədə gömrük orqanlarının vəzifəli şəxsləri dərhal gömrük orqanının rəhbərinə və ya onu əvəz edən şəxsə, sonuncu isə, hadisə baş verən andan 24 (iyirmi dörd) saat ərzində bu barədə müvafiq prokurora məlumat verməlidir.
77.6. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın qanunsuz tətbiqinə yol verən gömrük orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.