QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 8

Maddə 8. Gömrük orqanlarının vəzifələri

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.0. Gömrük orqanlarının vəzifələri aşağıdakılardır:

8.0.1. Azərbaycan Respublikasının gömrük siyasətinin formalaşdırılmasında iştirak və bu siyasətin həyata keçirilməsini təmin etmək;

8.0.2. icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına riayət olunmasını təmin etmək;

8.0.3. bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının pozulması hallarının qarşısını almaq və müvafiq araşdırmalar aparmaq;

8.0.4. qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının iqtisadi və milli təhlükəsizliyini təmin etmək;

8.0.5. gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək;

8.0.6. mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək;

8.0.7. gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq;

8.0.8. m alların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq;

8.0.9. gömrük sərhədindən keçirilən mallar barəsində ticarət siyasəti tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

8.0.10. gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətl Maddə … otik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq;

8.0.11. Azərbaycan Respublikasının dəmiryol vağzallarında, dəniz, çay limanlarında, habelə digər yerlərdə beynəlxalq nəqliyyat vasitələrinin fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınmasında və beynəlxalq terrorçuluqla mübarizədə digər hüquq mühafizə orqanlarına yardım göstərmək;

8.0.12. milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması sahəsində tədbirlərin həyata keçirilməsində müvafiq dövlət orqanlarına yardım göstərmək;

8.0.13. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində bioloji sərvətlərdən səmərəli istifadə edilməsi və qorunması üzrə dövlət siyasətinin həyata keçirilməsində iştirak, onlar gömrük sərhədindən keçirilərkən qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üzərində nəzarəti təmin etmək;

8.0.14. insan alverçilərinin, habelə insan alveri qurbanlarının gömrük sərhədindən keçməsinin qarşısını qanunvericilikdə nəzərdə tutulmuş qaydada almaq;

8.0.15. Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasını və xüsusi gömrük statistikasını Maddə … nvericilikdə nəzərdə tutulmuş qaydada almaq;

8.0.15. Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasını və xüsusi gömrük statistikasını beynəlxalq standartlara və təcrübəyə uyğun aparmaq və təkmilləşdirmək;

8.0.16. gömrük ərazisinə gətirilən mallara münasibətdə istehlakçılarının hüquqlarının müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsinə müvafiq dövlət orqanlarına yardım göstərmək;

8.0.17. gömrük işini həyata keçirərkən şəxslərin hüquqlarının və maraqlarının qorunması üzrə tədbirlər görmək;

8.0.18. milli və xarici valyutanın, digər valyuta sərvətlərinin gömrük sərhədindən müvafiq qanunvericiliyə uyğun olaraq keçirilməsinə nəzarət etmək, habelə bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda valyuta nəzarətini həyata keçirmək;

8.0.19. gömrük işi ilə əlaqədar beynəlxalq müqavilələrin layihələrinin işlənib hazırlanmasında iştirak, orada nəzərdə tutulmuş beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

8.0.20. qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixrac nəzarətini həyata keçirmək;

8.0.21. dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar üzərində qanunvericiliyə uyğun olaraq baytarlıq, fitosanitar və sanitariya nəzarətini həyata keçirmək; 8.

0.23. gömrük işi sahəsində yeni informasiya sistemlərinin və texnologiyalarının layihələrinin hazırlanmasını və tətbiqini təmin etmək;

8.0.24. müasir texnologiyalardan və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində riskləri idarəetmə sistemi əsasında gömrük nəzarətini təkmilləşdirmək;

8.0.25. xarici Maddə … yalardan və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində riskləri idarəetmə sistemi əsasında gömrük nəzarətini təkmilləşdirmək;

8.0.25. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması ilə əlaqədar müvafiq tədbirlər görür;

8.0.26. gömrük işi sahəsində elmi tədqiqatlar aparmaq və bu sahəyə aid məsləhətlər vermək;

8.0.27. dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada məlumatlar vermək;

8.0.28. dövlət orqanları ilə, xarici ticarətin iştirakçıları və səlahiyyətli iqtisadi operatorlarla məlumatların elektron formada mübadiləsini həyata keçirmək;

8.0.29. müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada malların idxalı və ixracı barədə məlumatların digər dövlətlərin gömrük xidmətləri ilə elektron formada mübadiləsi, gömrük rəsmiləşdirilməsi və nəzarəti müddətinin mümkün qədər qısaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin kompleks idarə edilməsində iştirak etmək yolu ilə beynəlxalq ticarətin asanlaşdırılmasına şərait yaratmaq;

8.0.30. beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə xarici ticarətin iştirakçıları və səlahiyyətli iqtisadi operatorlarla tərəfdaşlıq əlaqələri yaratmaq;

8.0.31. digər dövlət orqanları ilə əməkdaşlıq etmək, həmçinin müvafiq məqsədlərə nail olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş hallarda onların fəaliyyətini əlaqələndirmək;

8.0.32. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. Maddə … nəzərdə tutulmuş hallarda onların fəaliyyətini əlaqələndirmək;

8.0.32. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver