QanunvericilikAzərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 98

Maddə 98. Gömrük auditi

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

98.1. Gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar.

98.2. Gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər.

98.3. Gömrük auditi idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin müvafiq tikililərində, ərazilərində, binalarında və onların istifadəsində olan digər yerlərdə aparıla bilər.

98.4. Gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafi Maddə … Gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

98.5. Gömrük auditi aparılarkən cinayət və ya inzibati hüquqpozma əlamətləri aşkar olunarsa, hüquqpozmanın bilavasitə obyekti üzərində gömrük auditi başa çatdırılır, həmin auditin nəticəsinə dair təxirə salınmadan akt tərtib olunur və gömrük orqanları tərəfindən inzibati, yaxud cinayət-prosessual qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

98.6. Gömrük və vergi orqanları əldə etdikləri məlumatları qanunvericiliklə müəyyən olunmuş qaydada mübadilə edə, müştərək gömrük auditi apara bilərlər.

98.7. Gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilir.

98.8. Ümumi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının ümumi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır.

98.9. Auditin aparılması şəxsin istehsal və kommersiya fəaliyyətinin həyata keçirilməsinə mane olmamalıdır. Eyni mallara dair təkrar ümumi gömrük auditinin aparılmasına icazə verilmir.

98.10. Xüsusi gömrük auditi gömrük orqanının r Maddə … inə mane olmamalıdır. Eyni mallara dair təkrar ümumi gömrük auditinin aparılmasına icazə verilmir.

98.10. Xüsusi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının xüsusi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır.

98.11. Xüsusi gömrük auditi aşağıdakı hallarda həyata keçirilir:

98.11.1. xarici ticarət iştirakçılarına münasibətdə - ümumi gömrük auditinin və ya bu Məcəllə ilə müəyyən olunmuş gömrük nəzarətinin başqa formalarının tətbiqi nəticəsində gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan məlumatların qeyri-dəqiqliyini təsdiq edən dəlillər aşkar olunarsa və yaxud mallar üzərində sərəncam verilməsi və ya onlardan istifadə edilməsinə dair müəyyən olunmuş tələblərin və məhdudiyyətlərin pozulması ilə həyata keçirilərsə və bunun nəticəsində gömrük rüsumlarının, vergilərin ödənilmə qaydasının pozulması, həmçinin Azərbaycan Respublikasında xarici ticarətin dövlət tənzimlənməsini təmin edən qanunvericiliyə müvafiq olaraq müəyyən edilmiş məhdudiyyət və qadağalara əməl olunmaması faktı aşkar olunarsa;

98.11.2. gömrük brokerlərinə, müvəqqəti saxlanc anbarlarının sahiblərinə, gömrük anbarlarının sahiblərinə və gömrük daşıyıcılarına münasibətdə - gömrük sərhə Maddə …. gömrük brokerlərinə, müvəqqəti saxlanc anbarlarının sahiblərinə, gömrük anbarlarının sahiblərinə və gömrük daşıyıcılarına münasibətdə - gömrük sərhədindən keçirilən malların uçotunun və onlar haqqında hesabatın düzgün aparılmaması, yaxud bu Məcəllə ilə müəyyən olunan müvafiq fəaliyyət növünün həyata keçirilməsinin bu və ya digər tələb və şərtlərinin yerinə yetirilməməsi faktı aşkar olunarsa.

98.12. Xüsusi gömrük auditini həyata keçirən gömrük orqanları bu Məcəllənin 98.11-ci maddəsində göstərilən şəxslər barəsində aşağıdakı hərəkətləri yerinə yetirmək hüququna malikdirlər:

98.12.1. gömrük ərazisinə gətirilən mallarla aparılan əməliyyatlara dair sənədlər və məlumatlarla (o cümlədən elektron formada olan sənədlər və məlumatlarla) tanış olmaq;

98.12.2. barəsində gömrük auditi aparılan şəxsin sərəncamında və ya istifadəsində olan ərazilərə və binalara daxil olmaq, həmçinin onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə malları yoxlamaq və baxış keçirmək;

98.12.3. qanunla nəzərdə tutulmuş hallarda və qaydada malları götürmək.

98.14. Xüsusi gömrük auditinin eyni şəxsə və eyni mala münasibətdə təkrarən aparılmasına icazə verilmir.

98.15. Xüsusi gömrük auditinin aparılması məqsədi ilə gömrük orqanları mallar barəsində səlahiyyəti olan və ya malların saxlancını həyata keçirən şəxslər, həmçinin dövlət nəzarəti tədbirlərini həyata keçirən orqanlar tərəfindən aparılmış inventarlaşdırmaların nəticələrindən, auditor rəylərindən, dövlət orqanları tərəfindən tərtib olunmuş aktlardan və Maddə … çirən orqanlar tərəfindən aparılmış inventarlaşdırmaların nəticələrindən, auditor rəylərindən, dövlət orqanları tərəfindən tərtib olunmuş aktlardan və rəylərdən istifadə etmək hüququna malikdirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver