99.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin yerinə yetirilməsi zamanı protokollar tərtib olunur. Protokollar Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir. Protokolların formasını bu Məcəllənin 82.6-cı, 99.2-ci və 99.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
99.2. Protokolda aşağıdakılar göstərilir:
99.2.1. protokolun adı;
99.2.2. konkret hərəkətlərin həyata keçirilməsinin yeri, tarixi və vaxtı;
99.2.3. hərəkətin başlanması və başa çatmasının vaxtı;
99.2.4. protokolu tərtib etmiş şəxsin vəzifəsi, adı, soyadı, atasının adı;
99.2.5. barəsində müvafiq hərəkət aparılan şəxsin, hal şahidlərinin (yalnız hal şahidlərinin iştirak etdiyi halda) və hərəkətin həyata keçirilməsində iştirak edən digər şəxslərin adı, soyadı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları ünvan, Azərbaycan Respublikasının dövlət dilində danışa bilib-bilməməsi;
99.2.6. barəsində müvafiq hərəkət aparılan şəxsə, hal şahidlərinə (yalnız hal şahidlərinin iştirak etdiyi halda) və hərəkətin həyata keçirilməsində iştirak edən digər şəxslərə onların hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd;
99.2.7. hərəkətin həyata keçirilməsinə əsas olan bu Məc Maddə … tirak edən digər şəxslərə onların hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd;
99.2.7. hərəkətin həyata keçirilməsinə əsas olan bu Məcəllənin müvafiq maddəsi;
99.2.8. hərəkətin məzmunu, onun yerinə yetirilməsinin ardıcıllığı;
99.2.9. hərəkətin yerinə yetirilməsi zamanı aşkar olunan və iş üçün əhəmiyyətli olan faktlar və hallar.
99.3. Mallar və ya sənədlər bu Məcəlləyə uyğun olaraq götürüldükdə, protokolda bu Məcəllənin 99.2-ci maddəsində qeyd olunanlardan əlavə aşağıdakılar da göstərilməlidir:
99.3.1. götürülən malların, prob və nümunələrin sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri;
99.3.2. götürülən sənədlərin növü və rekvizitləri.
99.4. Şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən videoçəkilişdən istifadə edilmədikdə, işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi yoxlama və götürmə barəsində müvafiq hərəkət aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər.
99.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texn Maddə … əzərdə tutulmuş hallarda gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşәkillәr, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir.
99.6. Protokol, barəsində müvafiq hərəkət aparılan şəxs, hal şahidləri (yalnız hal şahidlərinin iştirak etdiyi halda) və hərəkətin həyata keçirilməsində iştirak edən digər şəxslər tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi həmin şəxslər tərəfindən imzalanır. Onlar protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır.
99.7. Barəsində müvafiq hərəkət aparılan şəxsin, hal şahidlərinin (yalnız hal şahidlərinin iştirak etdiyi halda) və hərəkətin həyata keçirilməsində iştirak edən digər şəxslərin izahatlar və protokolun məzmunu barәsindә öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur.
99.8. Barəsində müvafiq hərəkət aparılan şəxsə protokolun surəti verilir. FƏSİL 15 RİSKLƏRİN İDARƏ EDİLMƏSİ