Qanunvericilik › Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Xüsusi, antidempinq və kompensasiya rüsumları

Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Azərbaycan Respublikasının iqtisadi maraqlarını qorumaq məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra - gömrük ərazisi) idxal edilən mallara müvəqqəti olaraq gömrük rüsumlarının aşağıdakı növləri tətbiq oluna bilər:

6.1.1. xüsusi rüsumlar;

6.1.2. antidempinq rüsumları;

6.1.3. kompensasiya rüsumları.

6.2. Xüsusi rüsumlar malın gömrük ərazisinə idxalının artmış həcmi və şərtləri yerli istehsal sahəsinə ciddi zərər vurduqda və ya ciddi zərər vurmaq təhlükəsi yaratdıqda tətbiq edilir.

6.3. Antidempinq rüsumları malın normal dəyərindən aşağı qiymətə gömrük ərazisinə idxal edilməsi yerli istehsal sahəsinə maddi zərər vurduqda, yerli istehsal sahəsinə maddi zərər vurmaq təhlükəsi yaratdıqda və ya yerli istehsal sahəsinin yaradılmasının mühüm dərəcədə ləngiməsinə səbəb olduqda tətbiq edilir.

6.4. Kompensasiya rüsumları istehsalı, ixracı və ya daşınması zamanı xarici dövlətin spesifik subsidiyasının istifadə olunduğu malın gömrük ərazisinə idxalı yerli istehsal sahəsinə maddi zərər vurduqda, yerli istehsal sahəsinə maddi zərər vurmaq təhlükəsi yaratdıqda və ya yerli istehsal sahəsinin yaradılmasının mühüm dərəcədə ləngiməsinə səbəb olduqda tətbiq edilir.

6.5. Xüsusi, antidempinq və ya kompensasiya rüsumlarının formalaşdırılması və tətbiqi qaydası “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver