«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 56) ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na aşağıdakı əlavələr edilsin:
1.1. 10.2-ci bəndin «a» yarımbəndinə aşağıdakı məzmunda iyirmi doqquzuncu - otuz ikinci abzaslar əlavə edilsin:
«daxiliyanma mühərriklərinin maşinistləri;
qüllə quraşdırıcıları;
qüllə quraşdırıcı-qaynaqçıları;
qüllə quraşdırıcı-elektrik montyorları»;
1.2. 10.2-ci bəndin «b» yarımbəndinə aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:
«qüllə quraşdırma işlərinin iş icraçıları».
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 28 avqust 2008-ci il