Qanunvericilik › Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Həbs yerləri

Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Tutulmuş və ya həbs edilmiş şəxslər aşağıdakı həbs yerlərində saxlanılırlar:

4.1.1. müvəqqəti saxlama yerləri;

4.1.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin qarnizon hauptvaxtları (bundan sonra - hauptvaxtlar);

4.1.3. istintaq təcridxanaları.

4.2. Səfərə çıxmış gəmidə cinayət törətməkdə şübhəli olduğuna görə dəniz gəmisinin kapitanı və ya onu əvəz edən şəxs tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulmuş şəxs bunun üçün xüsusi ayrılmış yerlərdə saxlanılır.

4.3. Həbs yerlərinin fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver