Qanunvericilik › “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın həcminin və Qaydasının, qan, qan komponentləri və dərman preparatlarının, qan komponentləri hazırlamaq üçün vasitələrin Siyahısının və miqdarı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.12.2005) › Tam mətn

“Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın həcminin və Qaydasının, qan, qan komponentləri və dərman preparatlarının, qan komponentləri hazırlamaq üçün vasitələrin Siyahısının və miqdarı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.12.2005)

“Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın həcminin və Qaydasının, qan, qan komponentləri və dərman preparatlarının, qan komponentləri hazırlamaq üçün vasitələrin Siyahısının və miqdarı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.12.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın həcmi və Qaydası, qan, qan komponentləri və dərman preparatlarının, qan komponentləri hazırlamaq üçün vasitələrin Siyahısı və miqdarı” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 29 dekabr 2005-ci il

Zərdab ferritinin təyini

Qan qrupu və rezus faktorunun müayinəsi

Sidiyin ümumi analizi

Nəcisin gizli qanaxmaya görə müayinəsi

VIII, IX (Fon – Villebrand) faktorun təyini

Hemofiliyanın inqibitor formasının təyini

Qələvi fosfatazanın təyini

(HBV) B hepatitinin tədqiqi

(HCV) C hepatitinin tədqiqi

HIV-1 və HIV-2- nin tədqiqi

müalicə üçün xəstəxanaya hər dəfə daxil olanda

hər hemotransfizia günü

hər hemotransfizia günü

hər hemotransfizia günü

Kompleks həkim müayinəsi

hematoloqun məsləhəti ilə

tibbi göstərişlərə görə

tibbi göstərişlərə görə

Zərdab ferritininin təyini

Qələvi fosfatazanın təyini

S hepatiti panelinin təyini

B hepatiti panelinin təyini

İİV- 1 və İİV- 2-nin tədqiqi

Sərbəst T4 və TSH- nin təyini

Paratireoid hormonunun təyini

Oral qlükozaya tolerantlıq testi

Sümüyün sıxlığının təyini

Sink, mis, selen, vitamin C, vitamin E-nin təyini

Qara ciyərin biopsiyası

Ürək kameralarının ölçüləri

Fraksional yığılma qabiliyyəti

Kompleks həkim müayinəsi

Eritrosit kütləsinin köçürülməsi

Desferalın yeridilməsi

Dalağın cərrahi yolla çıxarılması

tibbi göstərişlərə görə

1. Azərbaycan Respublikasının ərazisində hemofiliya və talassemiya xəstəiyinə düçar olmuş şəxslərə ixtisaslaşdırılmış tibbi yardım Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, Milli Hematologiya və Transfuziologiya Mərkəzində, Respublika Uşaq Klinik Xəstəxanasında, Respublika Qan Bankının Gəncə və Şəki bölmələrinin nəzdindəki qanın irsi xəstəliklərinin müalicəsi üzrə gündüz stasionarlarında göstərilir.

2. İrsi qan xəstəliyi olan şəxslərə tibbi yardım fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi, 16 yaşına çatmamış şəxslərə isə onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında göstərilir.

3. Hemofiliya və ya talassemiya diaqnozu qoyulan şəxslər müvafiq ixtisaslaşdırılmış tibb müəssisələrinin birində qeydiyyata götürülürlər və onlara tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində beynəlxalq tələblərə uyğun tibbi yardım göstərilir.

4. İrsi qan xəstəliyi olan şəxslər həkim-hematoloqun müəyyən etdiyi müalicə tədbirlərinə əməl edirlər, xəstəliyin müalicəsindən imtina edərkən imtinanın səbəbini yazılı şəkildə bildirirlər.

5. Hemofiliya və talassemiya xəstəliyinə düçar olmuş şəxslərə ev şəraitində istifadə etdikləri dərman preparatlarını (dəmirqovucu preparatlar, laxtalanma faktor konsentratları) və bu preparatları yeritmə vasitələrini almaq üçün qeydiyyatda olduqları tibb müəssisəsi tərəfindən 2 nüsxədən ibarət resept yazılır.

6. Pulsuz dərman və tibb vasitələri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi formada olan resept nüsxəsində yazılır.

7. Hemofiliya və talassemiya xəstəliyinə düçar olmuş şəxslər üçün dərman preparatları təyin olunarkən, terapevtik doza bir aylıq müalicə kursundan artıq olmamalıdır.

8. Hemofiliya və talassemiya xəstəliyinə düçar olmuş şəxslərin ev şəraitində istifadə etdikləri dərman preparatları və bu preparatları yeritmə vasitələri ilə təminatı resept əsasında onların qeydiyyatda olduqları tibb müəssisəsələri və ya bu müəsssisələrin müqavilə bağladıqları apteklər tərəfindən həyata keçirilir.

9. Hemofiliya və talassemiya xəstəliyinə düçar olmuş şəxslərin ev şəraitində istifadə etdikləri dərman preparatlarının və bu preparatları yeritmə vasitələrinin dəyəri dövlət büdcəsindən müvafiq tibb müəssisələrinə nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.

Miqdarı (1 xəstə üçün 1 il ərzində)

VIII, IX, Fon Villebrand qanın laxtalanma faktor konsentratları

30.000 BV (Beynəlxalq Vahid)

Ağrıkəsici preparatlar

tibbi göstərişlərə görə

Antiqistamin preparatlar

tibbi göstərişlərə görə

Hepatit B-ni təyin etmək üçün test-sistemlər

Hepatit C-ni təyin etmək üçün test-sistemlər

QİÇS-i təyin etmək üçün test-sistemlər

Sifilisi təyin etmək üçün test-sistemlər

Qan qrupları və rezus mənsubiyyəti təyin etmək üçün monoklonal anticisimlər

Birdəfəlik şpris (10 ml)

Birdəfəlik şpris (5 ml)

Birdəfəlik şpris (2 ml)

Faktoru damardaxili yeritmək üçün sistemlər (kəpənək)

15,42 vahid (4,32 litr)

Qan torbası (üçlü və ya ikili)

Hepatit B-ni təyin etmək üçün test-sistemlər

Hepatit C-ni təyin etmək üçün test-sistemlər

QİÇS-i təyin etmək üçün test-sistemlər

Sifilisi təyin etmək üçün test-sistemlər

Qan qruplarını və rezus mənsubiyyətini təyin etmək üçün monoklonal anticisimlər

Desferalı yeritmək üçün elektron transfuzion sistemlər

Birdəfəlik şpris (10 ml)

Desferalı dəri altına yeritmək üçün sistemlər (kəpənək)

1. 20 avqust 2010-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 763)

2. 9 aprel 2020-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 12 aprel 2020-ci il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 481)

3. 30 noyabr 2020-ci il tarixli 471 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1414)

4. 25 sentyabr 2024-cü il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 29 sentyabr 2024-cü il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1106)

5. 4 dekabr 2024-cü il tarixli 510 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 dekabr 2024-cü il, “Xalq” qəzeti, 11 dekabr 2024-cü il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, I kitab, maddə 1315)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver