Qanunvericilik › “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında (Prezidentin fərmanı, 18.07.2005) › Tam mətn

“Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında (Prezidentin fərmanı, 18.07.2005)

“Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında (Prezidentin fərmanı, 18.07.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. Azərbaycan Respublikasının 2005-ci il 17 may tarixli 916-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin 10-cu bəndində nəzərdə tutulmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi-nəqliyyat vasitələrinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.5. həmin Əsasnamənin 11-ci bəndində nəzərdə tutulmuş hərbi-nəqliyyat vasitələrinin uçot qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Əsasnamənin 12-ci bəndində nəzərdə tutulmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin hərbi-nəqliyyat vasitələri ilə təmin olunması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin Əsasnamənin 15-ci bəndində nəzərdə tutulmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi-nəqliyyat vasitələrinin səfərbərlik hazırlığını və texniki sazlığını təmin edən tədbirlərin və məcburi tələblərin siyahılarını, habelə uçot və hesabat sənədlərinin nümunələrini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin Əsasnamənin 1-ci, 6-cı (iki halda), 9-cu (iki halda), 14-cü bəndlərində, 16-cı bəndinin ikinci və altıncı abzaslarında, 18-ci bəndində, 21-ci bəndinin dördüncü abzasında, 23-cü, 24-cü (iki halda) və 25-ci bəndlərində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanı və 13-cü, 17-ci bəndinin ikinci abzasında, 21-ci bəndinin birinci abzasında və 22-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.9. öz səlahiyyətləri daxilində “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə” nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının 2005-ci il 17 may tarixli 916-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin 10-cu bəndində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Əsasnamənin 10-cu (ikinci halda), 11-ci, 12-ci və 15-ci bəndlərində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyul 2005-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver