Qanunvericilik › Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 13.07.2006) › Tam mətn

Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 13.07.2006)

Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 13.07.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 3 mart tarixli 75-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 aprel tarixli 1410 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün ayrı-ayrı yaşayış məntəqələri üzrə hər ay aşağıdakı qaydada kompensasiya ödənilir:

Bakı şəhərində – 150 manat;

Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat;

başqa şəhər və rayon mərkəzlərində – 75 manat miqdarında;

digər yaşayış məntəqələrində – 55 manat.

hərbi qulluqçulara onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.

1-1. Bu Qərarın 1-ci hissəsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə şamil edilmir. (Bu hissə 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.)

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci bəndi ilə bağlı maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının hər il üçün təsdiq olunan dövlət büdcəsində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun saxlanılması üçün nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası müdafiə, daxili işlər nazirliklərinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan digər hərbi birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında” 1992-ci il 19 may tarixli 271 nömrəli qərarının 9-cu bəndi və “Azərbaycan Respublikası müdafiə, daxili işlər, milli təhlükəsizlik nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan digər hərbi birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 19 may tarixli 271 nömrəli qərarına dəyişiklik edilməsi barədə” 2000-ci il 9 oktyabr tarixli 183 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

4. Bu qərar 2006-cı il iyulun 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 13 iyul 2006-cı il

1. 14 oktyabr 2006-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 902)

2. 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264)

3. 9 avqust 2011-ci il tarixli 131 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 08, maddə 777)

4. 6 dekabr 2012-ci il tarixli 286 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 dekabr 2012-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1350)

5. 2 oktyabr 2013-cü il tarixli 282 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 oktyabr 2013-cü il, № 221; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1203)

6. 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

7. 22 aprel 2019-cu il tarixli 183 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2019-cu il, № 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 776)

8. 27 aprel 2020-ci il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 496)

9. 25 avqust 2022-ci il tarixli 328 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 31 avqust 2022-ci il, “Xalq” qəzeti 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1015)

10. 25 dekabr 2025-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 27 dekabr 2025-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1257)

11. 21 may 2026-cı il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 may 2026-cı il, “Azərbaycan” qəzeti, 26 may 2026-cı il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 5, II kitab, maddə 481) (Bu Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver