Qanunvericilik › Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 2

Maddə 2. Hərbi qulluqçu statusuna malik şəxslər

Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.

2. (Çıxarılıb)

3. Dövlət əmək dəstələrində, humanitar istiqamətli və kommunal bölmələrdə alternativ xidmət (əmək mükəlləfiyyəti) keçən şəxslərə hərbi qulluqçu statusu şamil edilmir.

4. Hərbi qulluqçular əsirlikdə olduqları, habelə bitərəf ölkələrdə tərksilah edilib nəzarət altında saxlandıqları dövrdə hərbi andı pozmamış və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan cinayətləri törətməmişlərsə, onların hərbi qulluqçu statusu saxlanılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver