Qanunvericilik › Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Siyasi hüquqlar və azadlıqlar

Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçular Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının seçkili dövlət orqanlarına seçmək və seçilmək, ümumxalq müzakirələrində və səsvermələrində (referendumlarda) iştirak etmək hüququna malikdirlər.

Azərbaycan Respublikasının müvafiq seçkili dövlət orqanlarına seçkilərdə səsə qoyulmaq arzusunda olan hərbi qulluqçular bu barədə özlərinin birbaşa komandirinə (rəisinə) məlumat verirlər.

2. Özlərinin xidmət fəaliyyətində hərbi qulluqçular Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının tələblərini rəhbər tuturlar və siyasi məqsədlər güdən siyasi partiyaların və kütləvi ictimai hərəkatların üzvü ola bilməzlər.

3. Dövlət sirrini açmamaq şərtilə, hərbi qulluqçuların söz və mətbuat azadlığına, əqidə azadlığına, öz əqidəsini sərbəst ifadə etməsinə təminat verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver