5.1. Hərbi vəziyyət Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə elan edilir.
5.2. Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanında aşağıdakılar nəzərdə tutulur:
5.2.1. hərbi vəziyyətin elan edilməsi üçün əsas (əsaslar);
5.2.2. hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər, onların həyata keçirilməsi üçün üsul və vasitələr;
5.2.3. hərbi vəziyyətin tətbiqinin başlanma tarixi, vaxtı və qüvvədə olma müddəti;
5.2.4. hərbi vəziyyət tətbiq olunan ərazinin (ərazilərin) hüdudları;
5.2.5. hərbi vəziyyətin tətbiqi ilə əlaqədar digər məsələlər.
5.3. Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı bu Qanunun 6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildikdə qüvvəyə minir və bu barədə əhaliyə dərhal məlumat verilir.
5.4. Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq dərc edilir.