8.1. Hərbi vəziyyətin müddəti bitənədək onun elan edilməsi əsasları aradan qalxmadıqda və ya bunun üçün yeni əsaslar yarandıqda hərbi vəziyyətin qüvvədə olma müddəti uzadılır.
8.2. Hərbi vəziyyətin elan edilməsi əsasları aradan qalxdıqda və bunun üçün yeni əsaslar yaranmadıqda hərbi vəziyyət ləğv edilir.
8.3. Hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması və ya ləğv edilməsi bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.