Qanunvericilik › “Hərbi vəziyyət rejiminin təmin edilməsi və onun nəticələrinin aradan qaldırılması üçün görülən işlərin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 26.11.2019) › Tam mətn

“Hərbi vəziyyət rejiminin təmin edilməsi və onun nəticələrinin aradan qaldırılması üçün görülən işlərin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 26.11.2019)

“Hərbi vəziyyət rejiminin təmin edilməsi və onun nəticələrinin aradan qaldırılması üçün görülən işlərin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 26.11.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1317 nömrəli Fərmanının 1.3-cü bəndinin və 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Hərbi vəziyyət rejiminin təmin edilməsi və onun nəticələrinin aradan qaldırılması üçün görülən işlərin maliyyələşdirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 26 noyabr 2019-cu il

1.1. Bu Qayda “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun 16-cı və 19.3-cü maddələrində nəzərdə tutulmuş hərbi vəziyyət rejiminin təmin edilməsi və onun nəticələrinin aradan qaldırılması üçün görülən işlərin maliyyələşdirilməsi, habelə hərbi vəziyyət rejiminin tətbiq olunduğu ərazidə görülən işlərlə əlaqədar zərərçəkmiş şəxslərə kompensasiyanın ödənilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qayda “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda və ona uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş maliyyə tutumlu tədbirlərin həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan mənaları ifadə edir.

2.1. Hərbi vəziyyət rejiminin təmin edilməsi və onun nəticələrinin aradan qaldırılması üçün vəsaitin proqnozlaşdırılması “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hərbi vəziyyətin elan edildiyi dövrdə təxirə salınmadan həyata keçirilir.

2.2. Dövlət orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatların (bundan sonra - sifarişçi təşkilatlar) təklifləri əsasında (zəruri əsaslandırmalar əlavə olunmaqla) həmin təşkilatların saxlanılması xərclərində nəzərdə tutulmuş vəsaitlər ixtisarlar olunmaqla (müdafiə olunan xərclər istisna olunmaqla) hərbi vəziyyət rejiminin təmin edilməsinə və onun nəticələrinin aradan qaldırılmasına yönəldilir.

2.3. Sifarişçi təşkilatların hərbi vəziyyət rejiminin təmin edilməsi və onun nəticələrinin aradan qaldırılması istiqamətində əlavə vəsaitə ehtiyacı yarandığı halda, bu məqsədlər üçün onlara dövlət büdcəsində nəzərdə tutulmuş digər ehtiyat mənbələrindən vəsaitin ayrılması həyata keçirilə bilər.

2.4. Hərbi vəziyyət rejiminin təmin edilməsi və onun nəticələrinin aradan qaldırılması üçün görülən işlərin maliyyələşdirilməsi bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xəzinədarlıq orqanı vasitəsilə həyata keçirilir.

2.5. Hərbi vəziyyət rejiminin təmin edilməsi və onun nəticələrinin aradan qaldırılması üçün görülən işlər üzrə maliyyələşmələr və xərc əməliyyatları maliyyələşmə və xərc sənədləri əsasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xəzinədarlıq orqanları tərəfindən 5 (beş) iş günündən gec olmayaraq həyata keçirilir.

3.1. Hərbi vəziyyət rejiminin təmin edilməsi və onun nəticələrinin aradan qaldırılması üçün görülən işlərlə əlaqədar zərərçəkmiş şəxslərin (bundan sonra - zərərçəkmiş şəxs) siyahısının hazırlanması və onlara kompensasiya məbləğlərinin hesablanması müvafiq hərbi idarəetmə orqanı (bundan sonra - hərbi idarəetmə orqanı) tərəfindən həyata keçirilir.

3.2. Hərbi idarəetmə orqanının bununla əlaqədar səlahiyyətləri hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən edilir.

3.3. Zərərçəkmiş şəxslərə kompensasiya aşağıdakı formalarda ödənilir:

3.3.1. alınan və ya istifadəyə götürülən əmlakın əvəzinə eyni ölçü və keyfiyyətə malik digər əmlakın verilməsi;

3.3.2. dəymiş zərərlə bağlı bank hesabı vasitəsilə ödənilən birdəfəlik pul ödənişi.

3.4. Kompensasiyanın ödənilməsi forması hərbi idarəetmə orqanı ilə zərərçəkıniş şəxs arasında qarşılıqlı razılıq əsasında müəyyən edilir.

3.5. Hərbi idarəetmə orqanı hərbi vəziyyət rejiminin təmin edilməsi və onun nəticələrinin aradan qaldırılması üçün görülən işlərlə əlaqədar fiziki və hüquqi şəxsə zərər vurulmasının aşkar edildiyi gündən 30 (otuz) iş günü müddətində kompensasiyanın hesablanmasını təmin edir.

3.6. Hərbi idarəetmə orqanı kompensasiyanın hesablanması üçün “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici cəlb edir.

3.7. Kompensasiya hesablanarkən aşağıdakı amillər nəzərə almır:

3.7.1. Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində müvəqqəti tətbiq edilən hərbi vəziyyət rejiminin təmin edilməsi və onun nəticələrinin aradan qaldırılması üçün hüquqi və fiziki şəxslərdən alınan və ya istifadəyə götürülən daşınar və daşınmaz əmlakın müvafiq tarixlərə bazar dəyəri;

3.7.2. müdafiə ehtiyaclarına alınma və ya istifadəyə götürülmə nəticəsində zərərçəkmiş şəxsin daşınar və daşınmaz əmlakına və yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər;

3.7.3. alınma və ya istifadəyə götürülmə nəticəsində şəxs yaşayış, sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn xərclər və itkilər.

3.8. Hesablanmış kompensasiyanın dəyəri hərbi idarəetmə orqanı ilə zərərçəkmiş şəxs arasında razılaşma protokolu ilə rəsmiləşdirilir. Kompensasiyanın daşınmaz əmlaka görə ödənilməsi üçün əlavə olaraq notarial qaydada alqı-satqı və ya dəyişmə müqaviləsi bağlanılır.

3.9. Bu Qaydanın 3.8-ci bəndində göstərilən sənədlər imzalandıqdan sonra hərbi idarəetmə orqanı müvafiq ödənişin aparılması üçün xəzinədarlıq orqanına müraciət edir.

3.10. Xəzinədarlıq orqanı 5 (beş) iş günü müddətində maliyyələşdirilmənin aparılmasını təmin edir.

3.11. Zərərçəkmiş şəxs kompensasiyanın hesablanması və ödənilməsi ilə əlaqədar hərbi idarəetmə orqanının hərəkətlərindən (hərəkətsizliyindən) inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver