19.1. Hesablama Palatasının bu qanunla müəyyən edilmiş fəaliyyətinin təşkilati, metodoloji, informasiya, maddi-texniki və maliyyə təminatının həyata keçirilməsi məqsədilə Hesablama Palatasının Aparatı yaradılır.
19.2. Hesablama Palatasının Aparatı bu qanuna və Hesablama Palatası sədrinin təsdiq etdiyi əsasnaməyə müvafiq fəaliyyət göstərir.
19.3. Hesablama Palatasının Aparatının və Naxçıvan Muxtar Respublikası üzrə qurumunun əməkdaşları dövlət qulluqçusudurlar.