Qanunvericilik › Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 37

Maddə 37. Hesablama Palatasının hesabatlılığı

Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

37.1. Hesablama Palatasının fəaliyyəti haqqında hesabatlar "Azərbaycan Respublikasının Milli Məclisinin Məlumatı”nda dərc edilir.

37.2. Hesablama Palatası fəaliyyəti barədə media subyektlərinə məlumatlar verir.

37.3. Hesablama Palatasının fəaliyyəti barədə məlumatlar verildikdə aşağıdakılar nəzərə alınır:

37.3.1. kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı məlumatlar, onların nəticələrinə dair materiallar Azərbaycan Respublikası Milli Məclisinə göndərildikdən sonra verilir;

37.3.2. rəsmi məlumatların məzmunu və forması Hesablama Palatasının kollegiyası tərəfindən müəyyən olunur;

37.3.3. məlumatlar Hesablama Palatasının sədri, onun tapşırığı ilə Hesablama Palatasının sədrinin müavini, auditorları və ya Hesablama Palatasının digər vəzifəli şəxsləri tərəfindən verilir;

37.3.4. Hesablama Palatası fəaliyyəti haqqında məlumatları verdikdə dövlət sirri, kommersiya sirri və qanunla mühafizə olunan digər sirlərin qorunması haqqında tələblərə riayət olunur.

37.4. Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti ilə əlaqədar xüsusi informasiya bülletenləri, jurnal və digər nəşrlər dərc etdirə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver