Qanunvericilik › Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 47

Maddə 47. Heyvanlar aləminin mühafizəsi və istifadəsinin iqtisadi tənzimlənməsinin əsas prinsipləri

Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Heyvanlar aləminin mühafizəsi və istifadəsinin iqtisadi tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:

heyvanlar aləmindən istifadəyə görə ödəmələr və qeyri-qanuni heyvan ovuna görə təbiətə dəymiş ziyanın məbləği;

heyvanlar aləmi obyektlərinin mühafizəsinin, artırılmasının, elmi təminatının, habelə onların yaşayış mühitinin qorunub saxlanılmasının və yaxşılaşdırılmasının dövlət büdcəsindən və büdcədənkənar ödəmələr hesabına müəyyənləşdirilməsi;

heyvanlar aləminə və onların yaşayış mühitinə vurulan zərərin kompensasiyası;

heyvanlar aləmi obyektlərinin mühafizəsinin, səmərəli istifadəsinin və artırılmasının stimullaşdırılması.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver