Azərbaycan Respublikasında heyvanlar aləmi obyektlərinin mühafizəsi, səmərəli istifadəsi və artırılması, habelə onların yaşayış mühitinin qorunub saxlanılması və yaxşılaşdırılması sahəsində məqsədli investisiya, kredit və vergi siyasəti həyata keçirilir.
Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş, habelə nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan vəhşi heyvan növlərinin qorunub saxlanılması və bərpası dövlət tərəfindən stimullaşdırılır.
Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə təbiətə dəymiş ziyanın məbləğinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hissəsi heyvanlar aləmi obyektlərinin mühafizəsinin, səmərəli istifadəsinin və artırılmasının stimullaşdırılmasına yönəldilir.
VIII fəsil
Heyvanlar aləmİ haqqInda qanunverİcİlİyİn pozulmasIna görə məsulİyyət və mübahİsələrİn həllİ