Qanunvericilik › Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmənin əsas prinsipləri

Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmə aşağıdakı prinsiplərə əsaslanır:

heyvanlar aləminin mühafizəsi, artırılması və istifadəsi üzərində dövlət nəzarətinin zəruriliyi;

vəhşi heyvanların yaşayış mühitinin, miqrasiya yollarının, qışlama yerlərinin, nəsilartırma və çoxalma şəraitinin mühafizəsi;

heyvanlar aləmindən istifadənin humanist prinsiplərə uyğun olaraq həyata keçirilməsi;

heyvanlar aləmindən istifadə hüququnun su obyektlərindən, meşələrdən və digər təbii sərvətlərdən istifadə hüququndan ayrılması;

heyvanlar aləminin və onların yaşayış mühitinin mühafizəsi istiqamətində fəaliyyət növlərinə dövlət himayəsi;

heyvanlar aləmindən istifadənin ödənişli olması və limitləşdirilməsi;

heyvanlar aləminin mühafizəsi və istifadəsi üzərində nəzarət funksiyaları ilə istifadə fəaliyyəti funksiyalarının ayrılması;

əhalinin sağlamlığına, təbiətə və iqtisadiyyata ziyan vurulmasının qarşısının vaxtında alınması məqsədilə heyvanların sayının tənzimlənməsi;

heyvanlar aləminin və onların yaşayış mühitinin vəziyyətinə təsir göstərə bilən müəssisə və obyektlərin ekoloji ekspertizasının aparılması.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver