Qanunvericilik › Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlətin vəzifələri

Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət siyasətini həyata keçirmək və müvafiq normativ hüquqi aktlar qəbul etmək;

heyvanlar aləminin mühafizəsi və istifadəsi üzərində dövlət nəzarətini həyata keçirmək; heyvanlar aləmi obyektlərinin mühafizəsi, səmərəli istifadəsi, artırılması və bərpası qaydalarını və normalarını müəyyən etmək;

ayrı-ayrı heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasının hüdudlarından kənara aparılmasını və respublikaya gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq;

heyvanların arealının genişlənməsi, törəyib artması və qorunub saxlanması məqsədilə qoruqlar, yasaqlıqlar, zooloji parklar, xüsusi mühafizə olunan təbiət əraziləri yaratmaq;

heyvanlar aləminin dövlət uçotu, kadastrı və monitorinqi sistemini yaratmaq, Azərbaycan Respublikasının Qırmızı kitabının aparılmasını təşkil etmək;

Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş, habelə qiymətli, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin xüsusi mühafizə rejimini müəyyən etmək, onların qeyri-sərbəst şəraitdə artırılmasını təşkil etmək, genetik materialların saxlanması üçün seleksiya mərkəzləri və genobanklar yaratmaq;

heyvanlar aləmindən istifadə limitlərini, istifadəyə görə ödəmə məbləğini müəyyən etmək, ovçuluq işlərinin tənzimlənməsini həyata keçirmək;

heyvanlar aləminin və onların yaşayış mühitinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların, digər obyektlərin tikintisi, quraşdırılması və yenidən qurulması layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada hazırlanmış ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan layihələrin dövlət ekoloji ekspertizasını keçirmək;

təbii fəlakət və digər səbəblər nəticəsində dağılmış və ya məhv olmuş heyvanlar aləmi obyektlərinin bərpasını təşkil etmək;

heyvanlar aləminin öyrənilməsini, səmərəli istifadəsinin və mühafizəsinin vacibliyini geniş təbliğ etmək;

fiziki və hüquqi şəxslərin heyvanlar aləmi üzərində mülkiyyət və istifadə hüquqlarının müdafiəsini təmin etmək;

heyvanlar aləminin mühafizəsinə, səmərəli istifadəsinə və artırılmasına yönəldilmiş fəaliyyəti stimullaşdırmaq;

heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver