Qanunvericilik › Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlar

Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələrin və tədqiqatların təhlili nəticəsində hazırlanan proqnozlar, xülasələr, arayışlar, sorğu məlumatları, xəritə və bülletenlər hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlar hesab edilir.

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlar operativ və ümumi təyinatlı olur.

Operativ və ümuim təyinatlı məlumatların növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver